Mərkəzi Bank (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb. Nəticələrə görə, Mərkəzi Bank istədiyi manatın heç üçdə birini də yığa bilməyib.
Mərkəzi Bankdan fins.az-a verilən xəbərə görə, sentyabrın 5-də vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb cəmi 15 mln. manat olub.
Blumberq ticarət sistemi üzərindən keçirilən dolayı hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49% təşkil edib.