30 Oktyabr

Dollar alan bankların sayı 30-a çatdı

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan Fins.az-a verilən məlumata görə, hərracda 50 mln. dollar 30 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.