Ölkədə dolları qıtlığı yaşandıqca və dollara tələbat artdıqca, Dövlət Neft Fondunun bazara çıxartdığı dolların alıcılarının sayı da artmaqdadır. Paralel olaraq bankların dollara olan təlabatı da kəskin yüksəlir.
Fins.az bildirir ki, bu gün sentyabrın 6-da Bloomberg platforması üzərindən həyata keçirilən valyuta hərracı zamanı dollarla bağlı banklardan daxil olan sorğuların ümumi məbləği 588 milyona çatıb. Bu barədə fins.az-a Azərbaycan Mərkəzi bankından bildirilib. Neft Fondu isə bu tələbin yalnız 50 milyonunu ödəyə bilib.