30 Oktyabr

Bu bankın kreditorlarına 2 ay vaxt verildi - QƏRAR

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) qarşıdakı 2 ay ərzində “Kredobank”a qarşı tələbləri yazılı şəkildə qeydə alacaq. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata görə, bunun üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidir.

- Kreditorun adı, ünvanı;

- Tələbin əsas məğləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- Tələbin təminatı olan girov (ipoteka) və ya zəmanət barədə məlumat.

“Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən sonra 2 ay ərzində bankın ləğvedicisi kimi ƏSF-ə müraciət etsinlər”.

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi bu il iyulun 22-də verdiyi qərarla həmin "Kredobank"ın fəaliyyəti dayandırılıb. Onun ləğvedicisi isə ƏSF-dir.