2016-cı ilin I yarısının sonuna «Nikoil» İnvestisiya-Kommersiya Bankının Mərkəzi Bank (AMB) qarşısında öhdəlikləri 49,8 mln. manat həcmində qiymətləndirilir. Bu barədə Bankın hesabatında məlumat verilib.
"2016-cı il iyunun 30-na bankın AMB qarşısında öhdəlikləri 49,8 mln. manat təşkil edir", - deyə məlumatda bildirilir.
Bununla belə, “Nikoil” İKB vəsaitlərin hansı müddətə və nə məqsədlə cəlb olunması barədə açıqlama verməyib.
“Nikoil” İKB 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Bankın səhmdarları “Topaz Investment”, “Nikoil” SC, “Uralsib-İnvest” MMC və “ISR Holding”dir.