"Fitch" beynəlxalq reytinq agentliyi "PASHA Bank" ASC-nin kredit reytinqini "BB-" səviyyəsində təsdiq edib.
Fins.az "Report"a istinadən verdiyi xəbərə görə, kredit reytinqi üzrə proqnoz isə Azərbaycanın müstəqil reytiniqinə uyğun olaraq "neqativ" kimi təsdiq edilib.
Qeyd edək ki, "PASHA Bank" ASC-nin "dayanıqlılıq" reytinqi "b+" səviyyəsində təsdiq olunub.