Bu gün daha bir bank dollar satışını yenidən dayandırıb. Söhbət Pakistan Milli Bankının Bakı filialından gedir. Bankdan fins.az-a verilən məlumata görə, bu gün səhər saatlarından etibarən dollar satışı yenidən dayandırılıb. Qeyd edək ki, bank sentyabrın 6-da dollar satışı bərpa etmişdi. Bir nəfər 100 dollar limitlə satış həyata keçirilirdi. Fins.az-ın məlumatına görə, sentybar ayında dollar satışı dayandıran bankların sayı 24 olub. Siyahı belədir:
“AFB Bank” |
“AGBank” |
“Amrahbank” |
“Atabank” |
“Azərbaycan Beynəlxalq Bankı” |
“Bank Avrasiya” |
“Bank of Baku” |
“Bank BTB” |
“Bank Standard” |
“Bank VTB (Azərbaycan)” |
“Dəmirbank” |
“Expressbank” |
“Günaybank” |
“Xalq Bank” |
“Kapital Bank” |
İran Milli Bankının Bakı filial |
“Muğanbank” |
“Naxçıvanbank” |
“NBC Bank” |
“Nikoyl Bank” |
Pakistan Milli Bankının Bakı filial |
“Rabitəbank” |
“Unibank” |
“Zıraat Bank (Azərbaycan)”
|