30 Oktyabr

Daha 2 bankın əmanətçilərinə kompensasiya ödənilir - AÇIQLAMA

"Texnikabank" ASC və "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların verilməsinə başlanılıb. Əmanətlərin Sığortalanması Fondundan fins.az-a verilən xəbərə görə, əmanətçilər bu gündən etibarən Fonda müraciət edə bilərlər.

Ləğv prosesində olan hər iki bankın qorunan əmanətçiləri bu gündən etibarən qorunan əmanətlər üzrə kompensasiyaların alınması üçün Əmanətlərin Sığortalanması Fondunun Babək prospekti, 16 ünvanında yerləşən ofisinə müraciət etməlidirlər.