Heydər Əliyev adına Binə Beynəlxalq Hava Limanında dollar satışı limiti artırılıb. Bu barədə fins.az-a hava limanında dollar satışını həyata keçirən «Bank Silk Vey»dən məlumat verilib. Bankdan bildirilib ki, hava limanındakı filialda doların satışı üçün limit 3 dəfə artırılaraq 100 dollardan 300 dollara çatdırılıb. Eyni məbləğ avro üçün də keçərlidir.
Qeyd edək ki, valyuta yalnız xaricə uçanlara satılır - bankın hava limanındakı filiallarından yalnız xaricə uçuş bileti olanlar valyuta ala bilərlər. Daxili uçuşlarla hərəkət edənlərə valyuta satılmır.
Hazırda “Bank Silk Vey”də, o cümlədən hava limanında da dolların alış qiyməti 1.6370 manat, satış üzrə qiyməti isə 1.7059 manatdır. Avronun alış məzənnəsi 1.8000 manat, satışı isə 1.9195 manat təşkil edir.