Sentyabr ayının 8-də keçirilən son valyuta hərracına 300 milyon dollar çıxarılması bankları ruhlandırsa da, bəzi banklar hələ də dollar satışını bərpa etməyib. Hətta bəzi banklar sentyabr ayının 7-də dollar satsa da, bu gün xarici valyuta satışını dayandırıblar. Fins.az-ın məlumatına görə, bu gün “PAŞA Bank” dollar satışını tamamilə dayandırıb. Bankdan fins.az-a verilən məlumata görə, sentyabr ayının 7-nə kimi yalnız daxili müştərilərə 500 dollar limitlə dollar satışı həyata keçirilirdi.Bu gündən etibarən daxili müştərilər üçün də satış dayanıb. Bankdan bunun səbəbi açıqlanmayıb. Dollar satmayan bankların siyahısı belədir:
“AFB Bank” |
“Azərbaycan Beynəlxalq Bankı” |
“Bank of Baku” |
“Bank BTB” |
“Bank Standard” |
“Bank VTB (Azərbaycan)” |
“Dəmirbank” |
“Expressbank” |
“Xalq Bank” |
İran Milli Bankının Bakı filial |
“Muğanbank” |
“Naxçıvanbank” |
“Nikoyl Bank” |
Pakistan Milli Bankının Bakı filial |
“PAŞA Bank” |
“Rabitəbank” |