30 Oktyabr

Bankların son addımına PALATADAN MÜNASİBƏT

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) mütəmadi olaraq (rüblük əsasda) bank sektorunda stress-testlər keçirir. Biz tənzimləyici və nəzarət tədbirləri həyata keçiririk və bununla bağlı ictimaiyyəti daim məlumatlandırırıq.

Fins.az xəbər verir ki, Palata "Muğanbank" ASC-nin problemli kreditlərinin "Kapital Bank" ASC-yə ötürülməsinə aydınlıq gətirib:

"Palata olaraq biz ayrı-ayrı bankların əməliyyatlarını şərh etmirik. Bununla bağlı məlumatı və şərhi "Kapital Bank" və ya "Muganbank"dan ala bilərsiniz. Hər iki bank digər banklarla birlikdə Palatanın diqqətli nəzarəti altındadır".

MBNP-dən bildirilib ki, həmin bankların müştəriləri qarşısındakı öhdəlikləri ilə əlaqədar problemlər mövcud deyil. "Müvəqqəti inzibatçılıq daxil olmaqla digər nəzarət alətləri Palatanın arsenalındadır və lazım olduqda tətbiq oluna bilər. Lakin hazırda hər hansı bir bankda müvəqqəti inzibatçılığın tətbiq olunması məsələsi gündəlikdə deyil".