2016-cı ilin yanvar-iyul aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən ipoteka kreditləşməsinin həcmi 1,1 mln. manat olub. Mərkəzi Bankın məlumatına əsasən, iyul ayında da AİF-in agent bankları tərəfindən ipoteka kreditləri verilməyib. Halbuki, yanvar-iyul aylarında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 28,2 mln. manat alıb.
Müqayisə göstərir ki, bu ilin 7 ayı üzrə göstəricilər 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 59,3 dəfə azdır. Çünki 2015-ci ildə AİF-in agent bankları 97,2 mln. manat məbləğində ipoteka krediti vermişdilər.
AMB-nin məlumatına əsasən, yanvar-iyul aylarında AİF 29,7 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib, bu isə 40 faiz azalma deməkdir.