30 Oktyabr

Dollar ucuzlaşa bilər - VALYUTA HƏRRACI

Dövlət Neft Fondu Azərbaycan Mərkəzi Bankında (AMB) bu gün növbəti valyuta hərracı keçirib. AMB-dən fins.az-a verilən xəbərə görə, satışa 150 mln. ABŞ dolları çıxarılıb.

Bildirilib ki, hərraca çıxarılan valyutanın təxminən yarısı satılmayıb. Bu gün bankların dollara olan tələbatı 78.11 mln. manat olub. Həmin vəsait 22 banka satılıb.

Analitiklər hesab edirlər ki, hərrac nəticəsində dolların sabaha olan rəsmi məzənnəsinin bir qədər də ucuzlaşacağı, kommersiya banklarında dolların alış məzənnəsinin rəsmi məzənnədən də aşağı düşəcəyi gözlənilir.