30 Oktyabr

Daha 3 bank dollar satışı bərpa etdi - MƏBLƏĞLƏR

Sentyabrın 15-dən, yəni bu gündən etibarən daha 3 bank dollar satışı bərpa edib. Söhbət “AFB Bank”, İran Milli Bankının Bakı filial və “Muğanbank”dan gedir.

“AFB Bank”dan fins.az-a verilən məlumata görə, avqust ayının sonundan etibarən xarici valyuta satışı tamamilə dayandırılmışdı. Bu gündən etibarən isə bank dollar və avro satışını limitsiz olaraq həyata keçirməyə başlayıb.

İran Milli Bankının Bakı filialı və “Muğanbank” isə 500 dollar limitlər xarici valyuta satışı bərpa edib. İran Milli Bankının Bakı filialı eyni məbləğdə avro satışı həyata keçirsə də, “Muğanbank”da hələlik avro satışı bərpa edilməyib.