Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 19-da 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Fins.az AMB-nin saytına istinadən xəbər verir ki, hərrac "Bloomberg" ticarət platformasının üzərindən həyata keçiriləcək.
Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99% arasında dəyişəcək.
Vəsaitlərin yerləşdirmə müddəti isə 28 gündür.