30 Oktyabr

Daha bir bank dollar satışını dayandırdı - SİYAHI

Bu gündən, yəni sentyabr ayının 20-dən etibarən daha bir bank dollar satışını dayandırıb. Söhbət “İran Milli Bankının Bakı filialı”ndan gedir. Bankdan fins.az-a verilən məlumata görə, bu gün səhər saatlarında etibarən xarici valyuta satışı tamamilə dayandırılıb.

Qeyd edək ki, bank sentyabr ayının 19-na kimi 500 dollar limitlə xarici valyuta satışı həyata keçirirdi. Bununlada ölkədə dollar satmayan bankların sayı 7-ə çatıb. Siyahı belədir:

  1. “Azərbaycan Beynəlxalq Bankı”
  2. “Bank Standard”
  3. “Bank VTB (Azərbaycan)”
  4. “Dəmirbank”
  5. İran Milli Bankının Bakı filial
  6. “Naxçıvanbank”
  7. “PAŞA Bank”