Bu gündən etibarən daha bir bank xarici valyuta satışına qoyulan limiti aradan qaldırıb. Fins.az-ın məlumatına görə, bu “Unibank”dır. Bankdan fins.az-a verilən məlumata görə, dollar satışı səhər saatlarında etibarən limitsiz aparılır. Bu eyni zamanda digər xarici valyutaların da satışına aiddir. Bununla da ölkədə hazırda limitsiz xarici valyuta satan bankların sayı 19-a çatıb.
Qeyd edək ki, “Unibank” sentyabr ayının 16-na kimi limitlə 100 dollar satırdı.