"MasterCard Europe" Azərbaycanda nümayəndəliyik açır. Bu haqda Fins.az Vergilər Nazirliyinə istinadən xəbər verir. Nazirlik şirkəti 26 may, 2016-cı ildə qeydiyyata alıb.
"MasterCard Europe" un Azərbaycandakı qanuni təmsilçisi Yasemin Bedir rəhbərlik edəcək. O, 2007-ci ildən "Mastercard"da işləyir. Qurumun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev ev 4/189, Falez Plaza, 6-cı mərtəbədir.