Bu gündən etibarən “Muğanbank” xarici valyuta satışını tamamilə dayandırıb. Bankdan fins.az-a verilən məlumata görə, avro satışı sentyabrın əvvəlindən etibarən dayandırılmışdı. Sentyabr ayının 21-dən isə dollar satışı tamamilə dayanıb. Qeyd edək ki, ötən günə qədər bank 500 dollar limitlə satış həyata keçirirdi.
Xatırladaq ki, bu gün ölkədə dollar satmayan bankların sayı 7 olub. Siyahı belədir:
- “Azərbaycan Beynəlxalq Bankı”
- “Bank Standard”
- “Bank VTB (Azərbaycan)”
- “Dəmirbank”
- İran Milli Bankının Bakı filial
- “Muğanbank”
- “PAŞA Bank”
Best regards,