30 Oktyabr

Muğanbank dollar satışını dayandırdı

Bu gündən etibarən “Muğanbank” xarici valyuta satışını tamamilə dayandırıb. Bankdan fins.az-a verilən məlumata görə, avro satışı sentyabrın əvvəlindən etibarən dayandırılmışdı. Sentyabr ayının 21-dən isə dollar satışı tamamilə dayanıb. Qeyd edək ki, ötən günə qədər bank 500 dollar limitlə satış həyata keçirirdi.

Xatırladaq ki, bu gün ölkədə dollar satmayan bankların sayı 7 olub. Siyahı belədir:

  1. “Azərbaycan Beynəlxalq Bankı”
  2. “Bank Standard”
  3. “Bank VTB (Azərbaycan)”
  4. “Dəmirbank”
  5. İran Milli Bankının Bakı filial
  6. “Muğanbank”
  7. “PAŞA Bank”

Best regards,