Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.
Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.
Deloitte Touche MMC Azərbaycanda bir sıra bankların kənar auditini həyata keçirir və illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli hazırlanıb hazırlanmamasını yoxlayır.
“Deloitte Touche” audit şirkəti Azərbaycanda aşağıdakı bankların auditini həyata keçirir və göstərilmiş illərdə ardıcıl olaraq banklara audit xidməti göstərmişdir:
Bank |
Bank ilə ardıcıl olaraq çalışma müddəti |
AFB Bank |
2013-2015 |
Bank of Baku |
2011-2015 |
Bank Respublika |
2005-2014 |
Bank Silk Way |
2015 |
Beynəlxalq Bank |
2014-2015 |
Dəmirbank |
2011-2014 |
Turanbank |
2014-2015 |
Unibank |
2013-2014 |