“Ernst Young” (EY) qərargahı İngiltərə-Londonda yerləşən və dünyanın ən nəhəng peşəkar xidmət şəbəkələri sayılan “Böyük Dördlük” şirkətlərindən biridir.
Gəlirlərinə görə "Deloitte" və "PWC"-dən sonra üçüncü,əməkdaşlarının sayına görə isə "Deloitte"-dən sonra ikincidir.
Təşkilat ayrı-ayrı ölkələrdə üzv şirkətlər və hüquqi şəxslər vasitəsilə fəaliyyət göstərir və şirkətlərə vergi, konsaltinq və məsləhət, maliyyə auditi xidmətləri təklif edir.
“Ernst Young” şirkətinin nümayəndəliyi” 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. “Ernst Young Holdings (CIS)" şirkətinin Azərbaycan Respublikasındakı filialıdır.
E-mail: [email protected]

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.
Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.
“Ernst Young Holdings” Azərbaycanda bir sıra bankların kənar auditini həyata keçirir və illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli hazırlanıb hazırlanmamasını yoxlayır.
“Ernst Young” audit şirkəti Azərbaycanda aşağıdakı bankların auditini həyata keçirir və göstərilmiş illərdə ardıcıl olaraq banklara audit xidməti göstərmişdir:
Bank |
Bank ilə ardıcıl olaraq çalışma müddəti |
AccessBank |
2013-2015 |
Azər Türk Bank |
2014-2015 |
Expressbank |
2010-2015 |
Kapital Bank |
2009-2015 |
Paşa Bank |
2007-2015 |
VTB Bank Azərbaycan |
2012-2013 |
Yapı Kredi Bank Azərbaycan |
2014-2015 |
Mənbə: Banco