"Turanbank" ASC dollar satışı üzrə tətbiq etdiyi limiti aradan qaldırıb. Bankdan fins.az-a verilən məlumata görə, bugündən bank dollar satışına qoyduğu limit qadağasını götürüb.
Qeyd edək ki, "Turanbank" dollar və avronu satışına 500 limit qoymuşdu. Hazırda bankda dolların alışı 1,6100, satış kursu 1,6650-dir.