Xəbər verdiyimiz kimi, bu gün Dövlət Neft Fondu (DNF) növbəti valyuta hərracı keçirib. Fonddan fins.az-a verilən xəbərə görə, son hərracda 100 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Həmin vəsaitdən 70,2 milyon ABŞ dolları satılıb. Hərraca çıxarılan ABŞ valyutasını 20 bank alıb.
DNF-dən bildiriblər ki, hərraclar vasitəsilə valyuta satışı il ərzində davam etdiriləcək.