30 phrase_var_core.october

Erməni hakerlərin banka hücumu xəbərinə – ABA-DAN CAVAB

Xarici informasiya portallarında (www.hackread.com) erməni hakerlərinin Azərbaycandakı bankın müştəri məlumatlarının əldə edilməsi və yayılması haqqında yaydığı məlumat əsassızdır. Azərbaycan Banklar Assosiasiyasından (ABA) fins.az-a verilən xəbərə görə, kommersiya banklarında belə bir fakt qeydə alınmayıb.

Assosiasiya erməni hakerlərlə bağlı yayılan məlumatın təxribat xarakteri daşıdığını bəyan edib.