Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərracında 14 kommersiya bankı iştirak edib.
Bu barədə Fins.az-a AMB-dən bildirilib.
Məlumata görə, banklara 48,9 mln. ABŞ dolları satılıb. Xatırladaq ki, hərraca ARDNF 100 mln. dollar, AMB isə 50 mln. dollar çıxarıb.