30 phrase_var_core.october

Daha bir bank dollar satışı dayandırdı

Bu gündən etibarən daha bir bank dollar satışı dayandırıb. Bununlada hazırda ölkədə dollar satan bankların sayı 29-a düşüb. Fins.az-ın məlumatına görə, söhbət “Naxçıvanbank”dan gedir. Bankdan fins.az-a verilən məlumata görə, sentyabr ayının 29-dan etibarən xarici valyuta satışı tamamilə dayandırılıb. Qeyd edək ki dollar ajiotajı yarandığı dövrdə xarici valyuta satışını dayandıran banklar arasında “Naxçıvanbank” da yer almışdı. Sentyabrın 21-dən etibarən isə bank 500 dollar limitlə xarici valyuta satışı bərpa etmişdi.

Bununla da, ölkədə xarici valyuta satışını dayandıran bankların sayı 4-ə çatıb. “Naxçıvanbank”la yanaşı, “Bank Standard”, “Bank VTB (Azərbaycan)” və “PAŞA Bank” da hazırda dollar satışını dayandırıb.