Sentyabr ayının 29-dan, yəni bu gündən etibarən “Beynəlxalq Bank” xarici valyuta satışına yenidən limit qoymağa başlayıb. “Beynəlxalq Bank”dan fins.az-a verilən məlumata görə, bu gündən etibarən xarici valyuta satışı 500 dollar limitlə həyata keçirilir.Qeyd edək ki, bank cəmi 2 gün sentyabr ayının 27-si və 28-də limitsiz xarici valyuta satışı həyata keçirmişdi.