Neft Fondu Beynəlxalq Bankda 1 milyard dollarlıq depozit yerləşdirib. ARDNF 2001-ci ildən ilk dəfə kapitalını daxili bazara yerləşdirib.
Bu, hökumətin xahişi ilə baş verib.
Neft Fondunun 1 milyard dollar depozitindən ABB-nin xarici borclarının ödənilməsi üçün istifadə ediləcək.
BVF-nin məlumatına görə, AMB və Maliyyə Nazirliyinin auditi göstərib ki, ABB-nin psi aktivləri 7 mlrd manata (aktivlərin 70%-i) yaxındır.
“Bankın 3 mlrd. dollar xarici öhdəlikləri var. ABB gözləyir ki, hökumət onun üçün əlavə 500 mln AZN ayıracaq. Bundan başqa. AMB ABB-yə 1 mlrd AZN subordinasiyalı borc verib, ABB-ni daimi gəlirlə təmin etmək üçün 5%-lə 3 mlrd manat depozit cəlb edib”, – deyə BVF bildirir.
Hesabata əsasən, ABB-nin səhmdarı olan Maliyyə Nazirliyi 2016-cı ilin sonuna kimi bankda payını 95%-ə çatdıracaq.
“2014-cü ilin sonunda Maliyyə Nazirliyinin payı 51%, 2015-ci ilin sonunda 85% olub. Bu ilin sonuna bu göstərici 95%-ə çatacaq”, – deyə hesbatda bildirilir.
Mənbə: Contact