30 Oktyabr

Daha bir bank dollar satışına limiti götürdü

Oktyabr ayının 3-dən, yəni bu gündən etibarən daha bir bank xarici valyuta satışına qoyulan limiti aradan qaldırıb. Söhbət Pakistan Milli Bankının Bakı filialından gedir. Bankdan fins.az-a verilən məlumata görə, dollar satışı limitsiz olaraq həyata keçirilir. Bankda avro satışı isə yoxdur.Bununla da , ölkədə limitsiz dollar satan bankların sayı 24-ə çatıb.

Qeyd edək ki, bank sentyabr ayının 20-dən etibarən dollar satışı 300 dollar limitlə bərpa etmişdi. Sentyabrın 21-dən etibarən isə xarici valyuta satışa limiti 500 dollara kimi artırmışdı.

Hazırda bank dolların alışını 1.5800 manat, satışı isə 1.6490 manat məzənnəsi ilə aparır.