30 Oktyabr

“Bank Standard” fond üzvlüyündən çıxarıldı

“Bank Standard” KB Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

Fonddan verilən məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 01 oktyabr 2016-cı il tarixli, 01/10-3443 saylı qərarı ilə QSC “Bank Standard” KB 30 iyul 2007-ci il tarixdə 12 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan QSC “Bank Standard” KB 01 oktyabr 2016-cı il tarixindən “Əmanətlərin sığortalanması haqqında” qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.

Mənbə: APA