30 Oktyabr

Fond əmanətləri qaytarmaq üçün 460 mln. manat borc alacaq

"Bank Standard” əmanətçilərinə oktyabrın 11-dən başlayaraq kompensasiya ödəniləcək. Fins.az Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadova istinadən bildirir ki, bu məqsədlə dövlətdən 10 il müddətinə, illik 0,15%-lə 460 mln. manat borc alınacaq.

A.Cavadov qeyd edib ki, hazırda AƏSF-in sərəncamında 33 mln. manat vəsait var. Halbuki, Fondun hazırda kompensasiya ödənilən 9 bankın əmanətçilərinə də borcu elə 33 mln. manat təşkil edir.