Lisenziyası ləğv edilən Bank Standardın hüquqi şəxs olan əmanətçiləri bu kateqoriyadan olan şəxslərə kompensasiya ödənişi müflisliklə bağlı qanunvericiliyə uyğun olaraq bankın aktivləri satıldıqdan sonra, növbəlilik prinsipi əsasında həyata keçirilə bilər. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bununla bağlı fikirlərini belə əsaslandırıb: “Bunun üçün bankın aktivlərini, əmlakını qiymətləndirməliyik, həmin əmlakın girovluqda olub-olmadığını müəyyən etməliyik. Əgər qorunmayan əmanətçilərə və hüquqi şəxslərə tam kompensasiya ödəmək mümkün olmasa, əldə ediləcək məbləğ proporsional qaydada həmin şəxslərə ödəniləcək”.