Avqustda banklar kreditləşməni təxminən 1%-dək artırıb, daha dəqiq ifadə etsək 0,78%. Fins.az bildirir ki, ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 2016-cı il oktyabr ayının 1-nə cəmi 16 328,6 mln. manat təşkil edib.
Mərkəzi Bankın açıqladığı statistikaya əsasən, kredit qoyuluşu sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 126,3 mln. manat yüksəlib.
Qeyd olunur ki, yanvarın 1-i ilə müqayisədə kredit qoyuluşları 1 849,7 mln. manat, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 3 181,2 mln. manat azalıb.