30 Oktyabr

“Bank Standard”-ın ipoteka portfeli “NBCBank”a ötürüldü – RƏSMİ AÇIQLAMA

“Azərbaycan İpoteka Fondu” ASC ilə “NBCBank” ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq, “Bank Standard”-ın ipoteka portfelinin 10 623 158 AZN təşkil edən hissəsi “NBCBank”a ötürülüb. Bu məbləğ isə 311 müştərini əhatə edir.

Eləcə də bax: “Bank Standard”ın ipoteka portfeli başqa banka ötürüldü

Qeyd edək ki, "NBCBank” ASC 2011-ci ildən “Azərbaycan İpoteka Fondu”nun üzvüdür və minə yaxın ipoteka müştərisinə xidmət göstərir.