Bakıda daha bir bank filialı bağlanıb. Söhbət “AG Bank”dan gedir. Bankdan fins.az-a verilən məlumata görə, sentyabr ayının sonundan etibarən Neftçilər filialı fəaliyyətini dayandırıb. Filial yeni ünvana köçürüləcək. Belə ki, filial Yasamal rayonu Ə.Haqverdiyev küçəsi məhəllə 524. 5 saylı binada fəaliyyət göstərəcək. Bankdan bildirilib ki, indiyədək Neftçilər filialının xidmət etdiyi müştərilərə yeni filial xidmət edəcək.