“Muğanbank” ASC-nin səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) fins.az-a verilən məlumata görə, sentyabrın 27-də MBNP tərəfindən “Muğanbank” ASC-nin hər birinin nominal dəyəri 200 manat olan 10000 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1001005466 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.