30 Oktyabr

Daha bir bank kreditləri bahalaşdırdı

Bu gündən etibarən daha bir bank istehlak kreditlərini bahalaşdırıb. Söhbət “Yapı Kredi Bank (Azərbaycan)”dan gedir. Bankdan fins.az-a verilən məlumata görə, manat kreditlərində faiz dərəcəsi 27 %-dən 28%-ə kimi artırılıb. Kamisyon haqq isə 1 % qalıb.

Bundan əlavə, şərtlərdə bəzi dəyişikliklər edilib. Məcburi köçkünlərə Bakı qeydiyyatında olan zamin tələb edilir. Üstəlik, zaminin rəsmi əmək haqqısına qoyulan tələb də 350 manatdan 425 manata kimi artırılıb. Bankdan o da bildirilib ki, zaminin rəsmi əmək haqqı olmaqla yanaşı, digər banklarda borclanması 50 %-dən yüksək olmamalıdır.

Kredit xəttinin açılması üçün artıq iş yerindən elektron arayış tələb edilir. Bundan əlavə, kredit xəttinin açılması üçün müştərinin 300 manat əmək haqqı ilə rəsmi iş yeri olmalıdır.