Maliyyə Bazarlarına Nəzarət Palatası yaxın zamanda kredit risklərinin tənzimlənməsi qaydasını təsdiq edəcək. Bu barədə MBNP-nin Strateji Xidmətlər Departamentinin Prudensal siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov cümə axşamı Bakıda “Üfüqdə yeni imkanlar: çətinlikləri perspektivlərə çevirək” adlı VIII Azərbaycan mikromaliyyə konfransında bəyan edib.
“Qayadalarda xarici valyutada kreditlərə, anderraytinq, risklərin qiymətləndirilməsinə dair tələblər öz əksini tapacaq. Həmin qaydalar həm istehlak, həm də biznes-kreditlərinə şamil ediləcək”, - deyə R.Tahirov bildirib.
Onun sözlərinə MBNP tənzimləyici çərçivələrin Basel II və Basel III standartlarına çatdırılması üzərində iş aparır.