30 Oktyabr

Mərkəzi Bank 3 sığorta şirkəti ilə müqavilə bağladı

Mərkəzi Bank 3 sığorta şirkəti ilə müqavilə bağlayıb. Fins.az-ın məlumatına görə, Mərkəzi Bank balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət birləşdirilmiş sığorta xidmətləri toplusu üzrə tenderin nəticələrini açıqlayıb. Belə ki, açıq tenderdə əsas vəsaitlərin sığortası üzrə “Paşa Sığorta”, nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə “AxaMbask Sığorta” və nağd pulun sığortası üzrə “Meqa Sığorta” qalib elan edilib. Qalib şirkətlərlə satınalma müqaviləsi imzalanıb. Azərbaycan Respublikası Mərkəzi Bankı tenderə maraq göstərdiyinə görə bütün iddiaçılara öz təşəkkürünü bildirir, onlara işlərində müvəffəqiyyətlər arzulayır və tenderdə iştirak etmiş iddiaçılarla gələcəkdə faydalı əməkdaşlığa ümid edir.

Qeyd edək ki, sığorta müqaviləsi 1 il müddətində qüvvədə olacaq.