Bakı Apellyasiya Məhkəməində lisenziyası ləğv edilmiş “Royalbank” ASC-nin 4 saylı filialının keçmiş rəhbər şəxsləri Orxan Məmmədov, Pərviz Vəliyev və Ruslan Abbasovun barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Fins.az-ın verdiyi məlumata görə, təqsirləndirilən P.Vəliyev və R.Abbasov barələrində çıxardığı şərti cəza ləğv edilib. Onlar 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən P.Vəliyev və R.Abbasov məhkəmə zalında həbs edilib. O.Məmmədovun isə cəzası əvvəlki kimi (8 il 6 ay) qalıb.
Qeyd edək ki, “Royalbank” ASC-nin 4 saylı filialının keçmiş rəhbər şəxsləri O.Məmmədov Cinayət Məcəlləsinin (CM) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və P.Vəliyevlə R.Abbasov isə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
Bu il iyun ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Məmmədov 8 il 6 ay və P.Vəliyevlə R.Abbasov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. P.Vəliyev və R.Abbasov barələrində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, həmin şəxslərə şərti cəza verilib. Hökmdən narazı qalandövlət ittihamçısı apellyasiya protest verərib. Prokuror şərti cəzanın hökm etdi hissədən xaric edilməsini xahiş edib.