30 Oktyabr

Azərbaycanın məcmu valyuta ehtiyatları 553 mln. dollar artıb

Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 39 954,8 mln. ABŞ dolları təşkil edib. "Report" xəbər verir ki, bunun 89,66%-i və yaxud 35 822,1 mln. dolları Dövlət Neft Fondu (ARDNF), 10,34%-i və yaxud 4 132,7 mln. dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 553 mln. dollar və yaxud 1,4% artıb. Son üç ayda ARDNF-in valyuta ehtiyatlarında 704,2 mln. dollar artım, AMB-nin valyuta ehtiyatlarında isə 151,2 mln. dollar azalma baş verib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə Azərbaycanın valyuta ehtiyatları 1,798 mlrd. dollar və yaxud 4,31% azalıb.

Mənbə: Report