Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin əməkdaşlarının sentyabr ayı üzrə əmək haqları nağd şəkildə ödəniləcək. Bunu Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) deyiblər.
Eləcə də bax: Əmanətçı: “Bundan sonra pulu bankda yox, bankada saxlayacam”
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın lisenziyasını sentyabrın 30-da ləğv edib. Həmin gündən Bankda əməliyyatlar dondurulduğu üçün işçilər sentyabr ayının maaşını ala bilməyiblər.
Eləcə də bax: "Bank Standard"ın qarşısından - CANLI YAYIM
ADİF-dən onu da bildiriblər ki, "Bank Standard"ın bəzi işçiləri hələ ki, vəzifələrində saxlanılacaq. Onların oktyabr və növbəti aylar üçün əmək haqqı isə "Muğanbank" ASC vasitəsilə ödəniləcək: "Hazırda "Muğanbank"a plastik kartların sifariş verilməsi planlaşdırılır. Bu aydan başlayaraq "Bank Standard"da işləyəcək adamlar maaşını həmin bankın kartları vasitəsilə alacaqlar".
Eləcə də bax: Palata əmanətlərin ödənilməsi qrafikini – AÇIQLADI
Eləcə də bax: "Bank Standard"ın əmanətçilərinə – MÜRACİƏT
Mənbə: Report