30 Oktyabr

Banklardan daşınar əmlak üzrə – TƏKLİFLƏR

Azərbaycan bankları “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi ilə bağlı təkliflər hazırlayacaqlar. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA)məlumatında deyilir.

“ABA, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və bankların hüquq departmentlərinin rəhbərləri və əməkdaşları arasında görüş keçirilib. Görüşdə bankların yeni qanun layihəsinə və digər qanunlara ediləcək dəyişikliklə əlaqədar təkliflərinin hazırlanması və ABA-ya göndərməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.

Yenidən təşkil olunacaq iclasdan sonra isə qanun layihəsinin lazımi instansiyalara ünvanlanması planlaşdırılır.