Bu ilin sonunadək Paşa bank 40 milyon manat gəlir gözləyik. Fins.az xəb ər verir ki, bunu Paşa Bankın idarə heyətinin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Bildirib ki, sürprizlər baş verməsə, bank daha çox gəlir əldə edəcək: "Fitch Paşa Bankın reytinqini 1 pillə artırmışdı. 2016-cı ilin may ayında bu reytinq təsfiqləndi və Paşa Bank ən yüksək reytinqli banklardan biridir. Bu il çətin bir ilin davamı olaraq portfelimizin kredit keyfiyyətində müsbət tendensiya baş verir".
T.Kazımovun sözlərinə görə, 2016-cı ilin ilk 6 ayında Paşa Bank 24 milyon gəlir əldə edib. Bankın Türkiyədəki gəlirləri4 milyon lirə, Gürcüstanda isə xalis mənfəət 1,492 min gel olub.