Paşa Bankın aqrar sektora ayırdığı kreditlərin həcmi 48 milyondan 46 milyona enib. Fins.az xəbər verir ki, bu barədə bankın baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva məlumat verib.
Bildirib ki, bank iri və maraqlı layihələrə kredit ayırmağa hazırdır.
İndiyədək aqrar sektorda südçülük, meyvəçilik kimi sahələrə kredit ayrılıb.