Əmanətlərin Sığortalanması Fondu (ƏSF) qarşıdakı 2 ay ərzində “Bank Standart”a qarşı tələbləri yazılı şəkildə qeydə alacaq. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata görə, bunun üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidir.
- Kreditorun adı, ünvanı;
- Tələbin əsas məğləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- Tələbin təminatı olan girov (ipoteka) və ya zəmanət barədə məlumat.
Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən sonra 2 ay ərzində bankın ləğvedicisi kimi ƏSF-ə müraciət etsinlər.
Əlavə məlumat almaq üçün Bülbül prospekti 40, 4-cü mərtəbəyə müraciət edə bilərlər. Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi bu il oktyabrın 4-də verdiyi qərarla “Bank Standart”ın fəaliyyəti dayandırılıb. Bankın ləğvedicisi isə ƏSF-dir.