30 Oktyabr

Daha bir bank dollar satışını dayandırdı

Bu gün oktyabrın 21-də daha bir bank dollar satışını dayandırıb. Fins.az-ın araşdırması göstərdi ki, “Ekspressbank” bu gün xarici valyuta satışını dayandırıb. Amma bank rəsmiləri dollar satışının dayandırılmasının səbəblərini açıqlamayıblar.

Xatırladaq ki, dünən oktyabrın 20-də “Ekspresbank” dollar satışına 500 dollarlıq limit tətbiq etmək barədə qərar qəbul edib. Bu gün isə ümumiyyətlə satışı dayandırıb.

Bundan başqa “Bank VTB (Azərbaycan)”, “Bank Respublika” və “Naxçıvanbank” dünəndən dollar satışını dayandırıb. “Paşa Bank” da xarici valyuta satışını dayandırıb. “Bank Respublika” bu gün dollar satışına limit tətbiq edərək satışı bərpa edib.

Beləliklə, dollar satmayan bankların sayı 5-ə çatıb .