30 Oktyabr

Mərkəzi Bank istədiyinin yalnız yarısını ala bildi – HƏRRAC

Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb. AMB-dən Fins.az-a bildiriblər ki, 24 oktyabr 2016-cı il tarixində 50 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 24 milyon manat təşkil edib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,37% təşkil edib.