30 Oktyabr

Beynəlxalq Bankın törəməsi ipoteka krediti verəcək

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə müəssisəsi olan “ABB-Moskva” ipoteka kreditləşməsi layihəsinə başladığını elan edib.

Kredit ilkin mənzil bazarında və maksimum 15 il müddətinə təqdim olunur. İpoteka krtediti üzrə ilkin ödəniş minimum 10%, illik faiz dərəcəsi 10,5%-dir. Kreditin maksimal məbləği 10 mln. rubldur (161 min ABŞ dolları).

Qeyd edək ki, “ABB Moskva” 2002-ci ildə yaradılıb.

Mənbə: Report